KOLU ZORLU MEMUR
Bir məmurla müqavilə bağladım,
İşlədim, axırda pulumu kəsdi. Aylarla süründüm, çox gedib-gəldim, Qapını bağlatdı, yolumu kəsdi. Qoçuları hərdən saldı üstümə, İnsafsızlar dayandılar qəsdimə, Yaman tez-tez çıxırdılar rastıma, Nökərlər sağımı-solumu kəsdi. Şikayət eylədim baxan olmadı, Məmurun sözündən çıxan olmadı, Despotun zülmünü yıxan olmadı, Hər yerdən əlimi-qolumu kəsdi. Fikirləşdim qanun baxar bu işə, Ədalətə söykənmişik həmişə, Hakimlərdə çıxardılar əndişə, Onlar da halalca malımı kəsdi. Ay Coculu, əlac sənə qalıbdır, Despot niyə bizə hakim olubdur? Həyat bizi bu duruma salıbdır, Neynəyim, bu get-gəl halımı kəsdi. |