ŞAİREM DEYENLER
Şairəm deyənlər şeir yazanda,
Mücərrəd mövzular yazmasın gərək. Düzü düz söyləsin, əyrini əyri, Iqtidar tərəfə yozmasın gərək. Nəsimi ruhunda vəcdəyə gəlsin, Fətəli fəthini anlaya bilsin, Dərsini Zakirdən, Sabirdən alsın, Real ənənəni pozmasın gərək. Şöhrətə baş əyib üzə çıxmasın, Boynuna minnətli halqa taxmasın, Dosta tələ qurub , evlər yıxmasın, Ayaqlar altını qazmasın gərək. Coculu hər sözün düzünü deyir, Nə minnət götürür, nə haram yeyir, Həqiqət elmini millətə yayır, Ədalət yolunda azmasın gərək. |