Nefretin kök salması, tıpkı kötü ün gibidir: yok edilmesi zordur. baltasar gracian
Seyraqif Coculu
Seyraqif Coculu

TARİHLERE BÖHTAN

Yorum

TARİHLERE BÖHTAN

1

Yorum

0

Beğeni

0,0

Puan

931

Okunma

TARİHLERE BÖHTAN

Hər yaşanan tarixlərə, başdan-başa qara yaxmaq
İstəyənlər qərəzlidir, ya savadsız, ya da axmaq.
O, tarixi yaşayanlar hələ də var, qırılmayıb,
O, tarixi yaddaşlardan silən möhür vurulmayıb.
Tarix udar insanları, insan onu silə bilməz,
İnsan ölər gedər ancaq, tarix heç vaxt ölə bilməz.
Çün ki, insan tarix yazmır, hər tarixi zaman yazır,
İnsan oğlu hərdən doğru, hərdən də ki, yalan yozur.
Hər tarixin “misiyası”var, öz işini görür gedir,
Zaman-zaman insanlara töhfəsini verir gedir.
Hər tarixin gah görünən, görünməyən üzləri var,
Zamanların kəsiyində, yaxşı yaman izləri var.
Yetmiş illik o, tarix də gah ağlatdı, gah güldürdü,
Neçə-neçə insanları gah diriltdi, gah öldürdü.
Dirilənlər ölənlərdən alay-alay artıq oldu,
O, tarixin özündə də yaman oldu, sırtıq oldu.
O, tarixdə ad alanlar, pillə-pillə yüksələnlər,
O, tarixdə gərəksizlər, ancaq yaxşı gün görənlər,
Bu tarixin özündə də yeni-yeni ad alırlar,
O, tarixə qara yaxıb, bu tarixdə ucalırlar.
Fəhlə, kədli əməyindən yazanları qınatdılar,
Qaysaqlanmış yaraları qaşıdılar, qanatdılar.
Bu tarixə sualım var?-Nədən yasaq oldu bizə,
Oraq, çəkic, fəhlə sözü xor göründü gözümüzə.
Əməkçinin, tər tökənin unuduldu şanlı günü,
Bu dünyanın addım-addım hara gedir səmti, yönü.
Bu dünyanın var- dövləti zülm edənin əlindədir,
Bu dünyanın ağırlığı tər tökənin belindədir.
Sualım var , cavab verin:-Soruşuram deyin nədən?
Vərəq-vərəq yazılmasın həm fəhlədən, həm kəndlidən.

Kimdir ki, səhərdən axşama qədər,
Zəmidə, tarlada gönü qaralan?
Kimdir ki, hər günə çəkən qəm, kədər?
Sağ ol əvəzinə, töhmətlər alan.

Kimdir ki, çöllərdə döyüşə girən,
Tırtıllı maşınlar, araba sürən?
Kimdir ki, əməklə sözünü deyən,
Zəhmətə alışan, dərd-azar yeyən?
Yenə də onların çiynindədir yük,
Özləri çox kiçik, işləri böyük.
Bu haqsız dünyada çoxdu haqları,
Təəsüf olsun ki, yox hüquqları.
Şeirə sığışmazmı təmiz adları,
Yırtıcı dünyanın qul övladları.
Şair çəkinmə sən onlardan da yaz,
Həqiqət incələr, amma qırılmaz.

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Tarihlere böhtan Şiirine Yorum Yap
Okuduğunuz Tarihlere böhtan şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
TARİHLERE BÖHTAN şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
yok,sul
yok,sul, @yok-sul
1.7.2011 15:36:18
TEBRİKLERİM SAYGILARIMÖLA ÇOK HARİKA KUTLU DİZELER

HOŞCAKALIN
© 2026 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Üyelik
Giriş paneli

Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.

ÜYELİK GİRİŞİ

KAYIT OL