OXUL (49)
dil dodaq hop günü hop, göz bəbəyi səs kimidir.
sanki gözlər baxışı sav sunacaq kəs kimidir. söz deyil imgədi səssiz qonuşur kən, göz ucu, körpə quş dimdiyi yarpaq öpəcək əs kimidir. incə səs, öncə səmir, dingə dil olmuş sezənim, başa düşməz kim üçün, böylə görüş pəs kimdir. mən oxul istəmirəm sevdiciyim mənlə gecə, öpüşür kən sanıram biz sevişi dərs kimidr. pərdəsiz pəncərədən ay sezərək diş qıcırıb, qısqanır an seviş artıqca kəsin kəs kimidir. mən qocalmiş kimi öyrətmənə göz dilçiliyi, dedi öyrəncilərə yersiz öyüd tərs kimidir. M.Ərğəvan DiVAN-i ƏRĞƏVAN(49) |