ARAMA(34)qapadılmış qapı sezdim yana-yon gəz dərirəm. açqısından dolayı hər tini min kəz dərirəm. gəz sonuc qılmadı , bildim arama doğru deyil, ki cayırdan üzə-üz , bir iti dərgəz dərirəm. sanıram bir yesir içimiş be , darıl dur ağıtın , bu qıpırqın ciyərimdən yeni embəz dərirəm. çünki sevgin sonu gildirdi, giləm gil milağın, bax necə kiprik ucundan qıra-qır əz dərirəm. yetənək olmadığından məni yetgin qılacaq, bir soluqdandan üs alıb güz boyu, qırbəz dərirəm. açıram daş qapı taylarını görsun tanığı , Ərğəvanın dərisindən ona göyxəz dərirəm. M.Ərğəvan Divan-i ərğəvan(34) |