0
Yorum
0
Beğeni
0,0
Puan
921
Okunma
bir ipəksu neyə döndüm , səsi ildən ilə neysu .
qutsu xuryat düşü türküm deyə dildən dilə neysu .
düşdüyüm yerdə içir gövdə dodaqsız hey əzincə ,
çünki sevda yem olunmuş , yeni çildən çilə neysu .
bu kədər çırpıdı , çırpır məni , çırpıntılarımdan ,
damcı-damcı calanır yanğısı lildən lilə neysu .
acılar yelkəni fır gündəki ılqıt məməsindən ,
gözyaşımdır eləbil , hər gecə mildən milə neysu .
utanır mən , mən özündən çaxır udqun gedər an sez ,
boylanır ah , gilə gözlər gilə , gildən gilə neysu .
incə inciklərə qundaqlanıram , körpə cocuq kim ,
çəkirəm gör kiməsiz hay , necə zildən zilə neysu ?
DIVAN-I ƏRĞƏVAN (18)
M.Ərğəvan