YÜRÜŞ (16)dəniz ovcunda iməklər iti uyğundaki qısraq . sıçra qılmış qıyığa an döşü duyğundaki qısraq . quruşumlar ötəməz çap ucu Altay təpələrdə , sanki bir yolbəyidir , bəy yolu uğrundaki qısraq . haydı sevgim yürü səggiz nala , qır çək , yükü qıl öc , gözləyir çün öcünü kin dolu soyğundaki qısraq . hızla uç , durma yasaq , doğra önü , kəsmişi kəsgin , kəsmədin bil kəsəcək , çaynağı quzğundaki qısraq . gəbə topraqlara can-can ödəmişlər kimi haykır , sinə gərsin yenidən duşmana durğundaki qısraq . geri dönməz inadından dəniz atlar gəmi uyğun , qır qasırğa qıracaq çin-çini vurğundaki qısraq . DIVAN-I ƏRĞƏVAN - YÜRÜŞ (16) M.Ərğəvan |