QARA GÜN (11)qara boy yollara yol yolçusu an , ay içirəm . bir saat il dönərək , saniyədən ay içirəm . nədənin sorma , yanıt gizlidə gizlincə qalıb , çünki sevda pinarından hələlik vay içirəm . indi incik ürəyim körpədi cansız anamın , məməsindən gecələr qanlı südü pay içirəm . ayrılıq yelpiyini yel çana bənzər çalaraq , qaldırımlarda beşiksiz deyə lay-lay içirəm . iti sayğacdı gözüm gözlüyün altında eşit ! deyirəm , bax neçə udqun necəsin , say içirəm . çaxır içmiş bağırır , bir çoxu ağzında bibər , çatısız yerdə qalıb , məndə şirin-çay içirəm . DIVAN-İ ƏRĞƏVAN- QARA GÜN (11) M. Ərğəvan 14/02/2010 |