2
Yorum
0
Beğeni
5,0
Puan
1913
Okunma

körpə bir quş düşünür , göz ücü hər gün , dən üçün .
bir savaşdır bu gediş , doğrusu çin-çin çən üçün .
necə bilsin birisi , quş səsi gün doğdu səhər ?
ürünüş elçisidir , bulğuru bol xərmən üçün .
acılar basqısına qarşı yürü , durma kəsin ,
bu sınaqdır törənir hər kimə , sən , kimsən üçün ..
ey üzün görmədiyim , sevgili gəl məndən eşit !
yol boyu min tuzağın ağzı açıqdır , sən üçün .
biz görüşdük gecə roya evini , seyir edərək ,
ayrılıqlar sona varsında günü , birdən üçün .
Ərğəvan gözləyişi , bir sonucun , son nədəni ,
çün yeni can doğacaq , ünlü səadət mən üçün .
DIVAN-I ƏRĞƏVAN, DOĞUŞ - M. Ərğəvan
M . Ərğəvan
27/01/2010
5.0
100% (2)