DAR (1)uca bir dar başında kimsəsiz görcək qadın qaşı , ona quraan kimi qoşmuşdu şarki gözlərim yaşı . ölüm sanki su içməkdir qalım sevdasına hər an , bağımsız varına varmaqdan ötrü pay verir başı . okulsuz hey çapırdım dörd-nala uzmanı tək aşqın , dərin öyrəndiyim anlar başa düşdüm mənəm naşı . dedim quşda uça bilməz yaralı bir qanad ilə , dedi susma zəfərdir bu durum öyrənci sırdaşı . ömür kərdim maraqsızdır deyə seyrə çıxan azdır , odur olmuş mənə dərman tükənməz ağrı xaşxaşı . məni özləm yemi qılmış qara gün ellərə yazğım , öc almaq çün doğubdur o , kütəlməz bu qarandaşı DİVAN-İ ƏRĞƏVAN, DAR - M. Ərğəvan 08 Dekabr 2010 |