4. ŞAMAN ULAYlR133 Songül ! Gül Və eləbil Çiçək gedir Düşüncələr tağına Çün arzular bağına Sənə bənzər çalıram Və aşq üçün Sən sevgisindən Sən alıram Və sən Biz olsun deyə Əllərimə daş yığıram Və istəmzəm Kimsə bilsin bu işi Böylə iş gedişi Gözlənilməz təhlükə Və biz sona kimi birgə Sevib sevilməliyik Və bilməliyik Amac oxulu mən deyil Biz diləyir Odurkı sən Sonu söylə daha Və biz Üz tutbda sabaha Toplanır qarındaşlar 134 Və bilir onlar Səninlə maraqlardayam Və Maraq boyu Sən bir günəş Və Altunsov saçaqların çilənir Solğun yerlərə Və işıq önü şafaq düşür Qaranlıq göylərə Və böylə bir aşq qutsalığı Obalara Ellərə Bir önyetməz dilək Bu düş Düşünü deyir :-- Biz ordusu çəlik Və olsada küz hələlik Bu kəz ayıq Və oyanıq İkindi duvarını aşıram Və mən Köksü üstündə qopuz Bir dəniz söz yağırıram Və quruşum mizraq Qor çiləyir Bağırır Və sönməz odunu Soyuq könülərə ələyir Dağırır 135 Və belə bir yaşam dönüşü Biz görüşü Və mən bulubda Bu düşü Çalıram söz aşqı Və ey ! Qopuzlu şamanım Eşit Biz üçün öyüd ilə Duyğu yersiz Və böyləki Ağlın soyuqluğu Çəkimlisu gedişim Və əkimlisu qoşulur Aşqımıza alaylar Və qopuzlar Ucalar şafaqına Göyü qurşağı çəkir Və kiminsə Ağlına düşməz İnanc ilə düşüncə əkir Bu bir zirvə yolu Yaralı aslanlara Cələsiz qartallar üçün Və yalquzaqlarada Dastanlar İkindisi Və uzaq görünməzində bilə Dar başında Bir şaman ulayır 136 Və səs çəkir səsinə Yücələr qocası Və paylanır cirəsi Dişi ərlərə Ərənlərə Bu uyarı Yapraq yeyib Qığ qusmayır Düşlərə Düşüncələrə Bu bir aşq hekayəsı Və hər bir İşıq damlası Yazılı diləkcə kimi Operalı nağıllara Burda Bu yerdə Və mən Ruzgarsız ləhzə Coşqun sulara Balıq şarkısı kimi Ancaq yunsu itgin Və itginlik deyir :-- E--hey Yox yanıt Durum Durğun Və çilənir Susqunluq Disgin-disgin 137 Və çisgin Sokak ayaqlayır an Palçıqlı bacaqlar Üzüquylu qaçırlar Mosmor üstü Atomlara Qılınclara Buda bir Səssiz vırış seyri Və alacı Qırlanqıçlara Axşam boğulur təki Və görünürki Dağlar Və dərələr bəysiz Və gədiklər iyidi Torpaq qapır kimi Və zaman çəkimi Bağda mən Bağdadda kor Xəlifə günü Və güvəncsiz Əllər boyu Yalvarır Yazıqlar kini kimi Və mən Məzar içində kəni Mərmər daş balıncım Və küknar ağacından Çarpaz çəpərim 138 Və qoltuq ağacımın Dibinə bağlanıb Yiyəsiz qısraq Və Çiyinlərində şallaq Mən kimi Və mən sezirdə onu Zaman özümləşir burda Bu yerdə Və başım Əhrab daşına söykənibdə =E--hey Mavi göz baba Ala göz aba Siz yücə Və altun tozlu keçmişin özü Ama bu gün nəvəniz Keçmişlərə özləm Və içində közləm Yarımcan dirisi kimi Və boğazında sicim Ağzında kilit yası Və əllərinə qandalaq Əsirlərin yesiri kimi . Eşidirsənmi baba =E--hey Yarı canım Yarım canım Orada Yağmaz yağışlar 139 Banlamaz quşlar Hələlik Və sən Məzar içində deyil ölü Torpağ üstündəkilər Manqurdlara kölə dölü Və onlar Yalnış oğlu Yalnışlar kimi =Eh Mavi göz baba Ala göz aba Mən qıvanc ilə Bütövləşim ləhzə Yağır Qurquşum yağır Və harasızlaşır Qu--quşum Bilirəm siz Ölkələr Dənizlər Aşdınız Bilirəm Okyan kimi Kükrəyib daşdınız Bilirəm Və bilirəm Bir balığa toxunmadınız . Və dənizlər atlayaraq Qədərsizlərə 140 Candaş deyib Bağrınıza basdınız Bilirəm Böylə şərəf İnsanlığın özü . Ancaq sən torumu Həyansız yalavac Və bir oğuz umuruna ac Bilə möhtac Və məzarım boyu Bir impiratur boyda Yara hecasız ulayır Dəli yollar kimi Dəlisu kimi =E-hey Yarimcan nəvəcik Bilirik Və sezirik Qumar başında Masa Və üstünə Üç göz Bir nöqtəyə zillənir Və unudulubda dördlük İyrmi--bir Öz gərəyinə say Salır sayı görürük Və oyunçular sezməyir Bozqir kövşənimi Kotansəz 141 Və öküzsüz Şumlayır şamanlar Və əkdikləri Cücərir yetgin Və oyun üçün gerçək Leylacın ustası gəlir Və görürük Tüncay dabanlı qısraq Zəncirdə yəhərsiz Və şallaq altında Dörd çarpı uçur Ucalar Alçaqlar Və sənə qarşı manqurdlar Zəncəfil diləyir Hind baqqlından Və sən söylə sonu Bir daha E-hey Mavi göz baba Ala göz aba Dinlə düşün böylə kimi Qalıb Sol qolum meşdə Və təpər Damarlarında ulayır Və sağ qolum muzeydə Bilə çırpınır Sankı xumada Seyrıcı gözlərindən ıraq 142 Və gövdəm Bəlirsiz yerdə Ama qılçasız Və ən uzaq bir təpədə Dar ucunda başım Və düşünür bütövlüyünü Təbrizim kimi =E-hey Nəvəcik Böylədirsə Səndən sənə yaxın Bir ulu şaman yesır Və o Yalnız qalıbda Əlini Əlinə yetir =Kimi o !? =Zillə qulağını əhrbdaşına Ol tanış =E-hey oğuz oğlu oğuz Üş ilə düş Üşüdü Dağdan alma daşıdı Daşınaraq almalar Tarıx zülümü aldılar Və məni Elsiz Və obasız Yola Və yollara saldılar 143 Ama mən Və mənim Qalmayıbda yalnız Dişi başlar Ərkək ərənlər Əsən deyib şamana El yarına vardılar . Bu seyri duyubda Qötə Uyari deyir Uyarı O zamandan bəri Səni etsin sənsiz üçün Hürür toplar Radiyolar Və banlayır dərgilər Və ulu baba oğlu Çərçi atam Bəzir yağı alır Vazelin satır Səndəmi çərçi =Mən Söz Aşq Və songül dilənçisi =Onda Aç köksünü Soyuğuma sıcaq Yazıqalağıma ver Sığınacaq ver Sığınacaq 144 Ancaq Uzandığın yerdə Əsir Və yesir Bir impratur ulayır Şaman kimi M. Ərğəvan (OVERTURA KİTABINDAN) |
Qığ qusmayır
Düşlərə
Düşüncələrə
Bu bir aşq hekayəsı
Və hər bir
İşıq damlası
Yazılı diləkcə kimi
--------------
Bu bir aşk hikayesi ve her biri ışık damlası...
Siz şiir dilekçenizi paylaşın
Hoş betimlemeleri dilinizde tanımaya çalışıyor
ve zevkle okuyorum.
Selamlarımla...