2. ADSIZ ADALAR (2)61 Qara dəniz Və su hecaları Qara qaba Və ləpələri çılpaq Və ay qırığı kimi Dalğalanır həyəcanlar Və ehey Əlləri çatlaq Gəmi susqun Və gəmiçi çaşqın Sən danış Və dinlə ey əlləri çatlaq Ulu oğuz haray huyunu Və Gümüş ay boyunu Arayır sənə kimi oğuzlar 62 Bir ölçü Və Bir barmaq Ölçüsü qədər Düşünəməyir onlar Və bu qara oyunlar Özünə Anasına Və yurduna yağılıq Və Özgür sayağılıq Düşnəməyir onlar Düşünməyir 63 Qış Ağır Və çillə Basqı ilə Dam üstü qar Və kürəkçi qızı Yalqız Və hələsiz Çəkir gözləri yol Bəlkə gəlir koroğlu Qoltuğunda çillə qarpızı Ama düşür baxtına Bir yazıq korun oğlu Barmaqlarımı 64 Barmaqlarını Və barmaqlarızı Öpürəm çün Kor tanrının Gözüdü onlar Əllərimi Əllərini Və əllərizi Öpürəm çün Bütün Kor tanrının Özüdü onlar Ayaqlarımı Ayaqlarını Və ayaqlarızı Öpürəm çün Büsbütün Kor tanrının Qanadidi onlar Sözlərimi Sözlərini Və sözlərizi Öpürəm çün Və tün Kor tanrının Özü Sözü Və gözüdü Onlar 65 Susqun yal döşü Və savaşçı bir qadın Köksündə yaraq Və kovan Daraq daraq qurşağınada Kovan Və o Qorxulara qurd ağız Və Qurd ağız göy tanrı sarı Bir çağırı Çağırır 66 Fitəsiz Hamamda qəhrəman Təkiyəm Və güləş çəkirəm Fitəsiz Və giriş-çıxış günü Sabınsız basıram Fitil Və bol bol Yağır alqışlar Və kisəsiz Ayaqda qalım deyə Sabın çəkirəm Ayaqlara Ancaq fitəsiz Və hayıf cirəsiz 67 Düzgü Və arxivi Birər-birər Əsgi yazı Və Bu yazı qotazı Düşüncə xuması Və əsgi arxivin Gizli mayasi Bulut arxasında ay kimi 68 Aşq Bütün varlığım aşq Söz olanaqsız Bu aşqın imgəsinə Və mən bir dən kimi Düşürəm kərdisinə Və rumluların Aşq tanrısı Yüksəklərdən kimi Hüzuruma diz köçür Və indisiz Nədən kimi Biz düşünür yarmacı 69 Nə ad Nə san Nədə şən Quyu dibində Uyumuş təprəm Və Yazı maşını ilə Göyərir mən Kağızlara Və gedirəm arzılara Bağımsız illər təpri kimi 70 Çən Və yön altı Kilitli ağızlar Və qorxular San keçir düşüncələrə Çən yönü Və yorqun yolçusudu Öksüz arzılar 71 Yonucu Və buz üzrə bir var yonur Bir heykəl yonucu Bu düş özgənin Və sanır Dəfinələr dənizi Çaldığı izi Və Ötür saatlar bürgülü Və buz heykəl gülü Olur su Və o Dişlləyərək dişini Deyir Çalmaq özgə işini Sonu bu 72 Baxışların Yarpız çalır Düşdüyü yerə Görən deyir Bahar gəlir Və Baxışların gözü danışır Və deyir Bu bahar Çiçək çaşırır Və ürək aşırır Nar çıçəyi süd içir günü 73 Arzı Bir dad Və Ona qarındaş Özləm Və Ömür boyu başa baş Solmaz boyadı könüllərə Arzı Və özləm 74 Yurd Və Sırada yurddaşlar Və sözdə hər zada Onlar ortaq Və bir oturaq Görünür ağ Sarı Və qırmızı İtirmiş rəngini Və biz salamlayırıq Ac və yalavac İnsanlıq çələngini Və bir qəlb ilə qutlayırıq Yeni quşaq gələcəyini 75 Cocuğu Və Kim tanıyır borc alıb Dörd ayaq Çapan cocuğu Birazdan Futbal meydanına Çatacaq Və seyr edərək oyunu Qol Və qol deyib çəpan çalacaq Hələ o Bilməyirki qoltuqlar altı İşgəncə yeri Və anası zəncirdə Və süd əmdiyi döşlər tob yerinə İşgəncə qalasına qol gedir Qol 76 Səslənir Ölüm telfunu Düyməsini basacaq Adsız bir yolçu Və o İnanmayir hələ Qayıtmaz İtginlərə Doğru 77 Və şuşa Kürül-kürül Qaranlıqlara ay Və Bu şəhər şarkılara Unudulmuş pay Və Bənzəyir latın alfbasına Ay ilə pay Və şuşa 78 Eləbil Bu olanaq Eləbil Bu ev Bu tuvaq Bizim deyil Və kərpicləri Sümükdəndi eləbil Və beləbil Bütün göstərişləri Yarınsız şəkillər Və ala...bula Afışlar eləbilsiz Köpük qusur Bu qusur Bizim deyil eləbil 79 Yavrum ara Və ara bul Və Aradığın boyu Bul baxtını yavrum Və bulduğun üçün Qur taxtını yavrum Və dayanma Sür özünü diləklərə Və öz ilə özün yavrum Canlı qaymaq ürəklərə Və dilə milyonlara Düz Və öz Bulduğunu yavrum 80 Ürək Doğrudan ürək Və nədir bu ürək doğrusu Və uğultusu Ara bir ah deyə banlayır Və kimsəsiz ürək Çil ələyır ah demək Özü soyu Və Düşür can sıcaqlığı Dükanlara Balkonlara Və yataqlara Bu düşmə öz xoşuna deyil Zor ilə Zorlanma təridi M. Ərğəvan (OVERTURA KİTABINDAN) |
Tebrik ederim şairim