Her doğan çocuk, tanrı'nın insanoğlundan hala umut kesmediği mesajını getirir. sir rabindranath tagore
Anar Əhəd
Anar Əhəd

Heydər baba

Yorum

Heydər baba

( 1 kişi )

1

Yorum

3

Beğeni

5,0

Puan

63

Okunma

Heydər baba

Heydər baba

Bağ salıram şənüvə, Heydər baba!
İstədiyin meyvəsini dər, baba!

Yetdi əcəl ömrüvə, etdün vəfat,
Çıxmadı səndən sora bir ər baba.

Bir oğulun var idi səndən qalan,
Oldu sənün taxtuva sərvər, baba!

İndi onun dövrünə salsan nəzər,
Yazmağa yetməz mənə dəftər, baba!

Xalqıvun üstündə bazar qurdular,
İqtisadiyyat dedilər, nər baba!

Vergi deyib millətüvü ütdülər,
Görməmisən heç belə bərbər, baba!

İşləyənin haqqına göz qoydular,
Faizi artırdı kələntər, baba!

Qaz, su, işıq tarifi lap gülməli,
Bizlə gülürsənmi bərabər, baba!

Artım üçün benzini qaldırdılar,
Ərzaq alovlandı sərasər, baba!

Ölkə məzarlıq qazılıb millətə,
Təkcə qalıb baş daşı mərmər, baba!

İndi keçim mənəvi söhbətlərə,
Nə baş verir ölkədə əksər, baba!

Üzdən iraq, fahişələr çıxdılar,
Bunlar atıb gündəmə lövbər, baba!

Arvadı ər, arvad ərin paylaşır,
Ailədə qalmadı cövhər, baba!

Bəlkə efir halətini yazmıyım?
Orda olan ayrıdı ləngər, baba!

Müsiqidir yoxsa ki, ət bəhsidir?
Yoxdu o əvvəlki münəvvər, baba!

Ölkədəki halətin az parçası,
Namədi məndən sənə, rəhbər baba!

Ruhunu sıxdımsa əgər incimə.
Yoxdu bağın alması əhmər, baba!

Həm axı bu öz oğluvun dövrüdür,
Sən də sorarsan ona Heydər baba!

Müəllif: Anar Əhəd

Paylaş:
3 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Heydər baba Şiirine Yorum Yap
Okuduğunuz Heydər baba şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Heydər baba şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Rabia Asya Öztürk
Rabia Asya Öztürk, @ozturkasya
15.8.2026 20:13:56
5 puan verdi
Kaleminizi sizi kutluyorum
Gönül sesiniz hiç susmasın
Kaleminiz hüzünden kederden değil
İlhamdan umuttan ve güzellikten konuşsun
Nice güzel dizelere
Selam ve saygılarımla hocam
© 2026 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Üyelik
Giriş paneli

Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.

ÜYELİK GİRİŞİ

KAYIT OL