0
Yorum
2
Beğeni
0,0
Puan
30
Okunma
Baxıram keçmişə peşman-peşman
Oluram gözləri giryan-giryan.
Hər anın bir əcəli yel çıxdı,
Sovurub ömrümü qəlyan-qəlyan.
Elə bir afətə qurban getdim,
Yolumdan eylədi şeytan-şeytan.
Qabaran nəfsimi gördüm, düydum,
O pozar insanı heyvan-heyvan.
Onu ram eyləyə bilsən bir gün,
Yaşa o bir günü insan-insan.
Bir günahkar kimi andım gəldim,
Edərək zikrini Rəhman-Rəhman!
Nə qədər səhvimi etdim durdum,
Böyüdüm axırı nadan-nadan.
Necə dünyadı, günahlar dəhri?!
Mən də yığdım onu ümman-ümman.
Anar, heç kim bura müdrik gəlmir,
Yığılır təcrübə nöqsan-nöqsan.
Müəllif: Anar Əhəd
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.