0
Yorum
5
Beğeni
5,0
Puan
55
Okunma
Gecənin bu zifri qaranlığında
Məni addım-addım izləyən qadın
Mənə bu həyatda yoldaş oldun da
Sən də heyif məni anlıyammadın
Nə sənin dediyin adam olmadım
Nə sənin işinə yaradım qadın
Qaçdım hər nəsnədən, hətda səndən də
Təklikdə özümü aradım qadın
Gəşt eylədim, gəzdim çok diyarı da
Nə var yalnızlığın sükutundadır
Baharda yaşıl da, güzdə sarı da
Hər rəngin qaynağı bircə tondadır
Sonsuz səltənətdə, gözəl təntənə
Sükutdur illərdir aradığım sirr
Sükutdur ən gözəl musiqi mənə
Ən gözəl bəstə və ən gözəl şeir
Mənim də vətənim yalnızlığımdır
Lətif duyğulara olmuşam armaq
Sonsuza açılır idrakım orda
Mənim tək məsələm sonsuza varmaq
5.0
100% (2)