3
Yorum
17
Beğeni
4,9
Puan
112
Okunma
DÖNƏRMİ GÖRƏN
Yenə çəkilmişəm tənhalığıma,
İmtahan edirəm duyğularımı.
Qalxıram eşqimin səmalarına,
Bəzən unuduram qayğılarımı.
Xəyalım üz tutur ötən çağlara,
Gəzdiyim yerləri bir-bir sayıram.
Sevincdən ürəyim dönür dağlara,
Keçən şən günləri xatırlayıram.
Öz xəyal dünyamda azıram bəzən,
Gözlərim yaşarır, batıram qəmə.
Bəlkə də canımı bu qədər üzən,
Ən xoş günlərimmiş mənim sən demə.
Nə zaman dayanır, nə illər durur,
Günlər ard-ardına su kimi axır.
Zaman öz qatarın durmadan sürür,
İnsan keçmişinə həsrətlə baxır.
Nə tez gəlib keçdi o şən günlərim,
Hələ də məndə var bir ümid yeri.
Acılı-şirinli ötən günlerim,
Görəsən bir daha dönərmi geri?
5.0
86% (6)
4.0
14% (1)