İLHAMIM*************** Məndən uzaq qəm içində durubdu, Səhər-axşam belə təkdir ilhamım. Elə bil ki,çən içində durubdu, Görən nə vaxt güləcəkdir ilhamım? * Yaxın gəlmir,axı nədən inciyib, Eh,məndən də gələn-gedən inciyib, Sanki qəlbdən küsüb,bədən inciyib, Belə getsə öləcəkdir ilhamım.. * Düz alınmaz ,desəm salim deyildir, Çox biləndir,ama alim deyildir, Tez küssə də xəbis,zalim deyildir, Göz yaşımı siləcəkdir ilhamım.. * Qoy aranı vuran kəs oda gəlsin, Yamanlara yaman da qada gəlsin, Ay sevdiyim,sən gəl ki,o da gəlsin, Sən gələndə gələcəkdir ilhamım.. |