13
Yorum
34
Beğeni
5,0
Puan
1043
Okunma
MƏN TÜRK ÖVLADIYAM
Yolum Turan yolu,pakdır amalım,
Hqdır,ədalətdir müqəddəs yolum,
Rəbbim yardım etsin qələbə çalım,
Mən türk övladıyam,qanım türk qanı,
Şöhrətim bəzəyir bütün cahanı.
Dədəmiz Qorquddan öyüd almışam,
Düşmənin canına qorxu salmışam,
Mübariz olmuşam,mətin olmuşam,
Mən türk övladıyam,qanım türk qanı
Şöhrətim bəzəyir bütün cahanı.
Yağıya bir qarış torpaq vermərəm,
Günahsız olanla cəngə girmərəm,
Vuruşsam öldürrəm,özüm ölmərəm,
Mən türk övladıyam,qanım türk qanı,
Şöhrətim bəzəyir bütün cahanı.
Dünyaya hayqırram haqqın səsini,
Zümzümə edərəm sülh nəğməsini,
Hifs etdim Quranın hər kəlməsini,
Mən türk övladıyam,qanım türk qanı,
Şöhrətim bəzəyir bütün cahanı.
Özbək,Qazak ,Türkmən soyumuz birdir,
Qırğız,Uyğur,Tatar,sayımız birdir,
Yasımız eynidir,toyumuz birdir,
Mən türk övladıyam,qanım türk qanı,
Şöhrətim bəzəyir bütün cahanı.
Sema Dağlı
5.0
100% (23)