Her şey seninle gözel
HƏR ŞEY SƏNİNLƏ GÖZƏL
*** O qədər yaxınsan ki,aldığım nəfəs kimi, Müqəddəs sandım eşqi haqdan gələn səs kimi, Nə olar,sanma məni nəfsani həvəs kimi, Hərcayilər çəksə də gündə min yönə səni, Sevəcəyəm hər zaman sevgilim,yenə səni. ** Mənim nurlu günəşim,dan yerim,sabahımsan, Qəlbimdəki muradım,dilimdəki ahımsan, Ayın on dördü kimi,gülümsəyən mahımsan, Sevdam gətirəcəkdir imana,dinə səni, Sevəcəyəm hər zaman sevgilim,yenə səni. ** Hər şey səninlə gözəl,sənsən mənim baş tacım, İsticə nəfəsinə,gözlərinə möhtacam, Şən-şaqraq gülüşünlə gedər könlümdən acım, Söylə,necə unudar bu can,bu ürək səni, Sevəcəyəm hər zaman sevgilim,yenə səni. ** Sənsiz mənası yoxdur mənə gözəl həyatın, Sən olmasan fələk də hər an oynadar atın, Xəyanınla gəzərəm göyün o yeddi qatın, Uca Rəbbim göndərib bilərək mənə səni, Sevəcəyəm hər zaman sevgilim,yenə səni. ** Gözlərinə baxarkən eşqim,ruhum durulur, Sənə vurulan könlüm yenə sənə vurulur, Bu könül sarayımda sənə büsat qurulur, Necə inandırım ki,sediyim buna səni? Sevəcəyəm hər zaman sevgilim,yenə səni. |
Soydaşıma saygılar.