YEKƏLDİKŞiirin hikayesini görmek için tıklayın Örf,adət gelenek ve göreneklerimiz
Rahim Çetinkaya
NECƏ YEKƏLDİK Aralıq deyilən bizim bu kənddə Çillik çubuq ata ata yekəldik Kimimiz çəltikdə kimimiz bənd də Bostanlarda yata yata yekəldik Top oynardıq axşam çagı əzəndə Dağılardıq yorulanda bezəndə Yağış qabağında yolda gəzəndə Çar-çamura bata bata yekəldik Naxırçı gəlmədən qabaq gedərdik Bir bökəndə artığınnan verərdik Sora balaq bizov əmizdirərdik Axura ot ata ata yekəldik Qarpızı qoyardıq xurcun tayina Birini verərdik Qonşu payına Axşam da gedərdik bəyin toyuna İydir barı tuta tuta yekəldik Qızdar bacı idi oğlannar qardaş Biz birbirimize olardıq sırdaş Biz aşşıq oynardıq onnarda beşdaş Beş daş atıb tuta tuta yekəldik Şalvarımız cırıq geymə yamaqlı Coraplar dəlikdi dallı qabaqlı Atamız, Anamız qaşlı qabaqlı Dərdi dərdə qata qata yekəldik Bəzı Anamız la gedərdik kâğa Atamız yollardı mal qaytarmağa Yırtıq başmaqlardan çırpaq əyağa Dəmir tikan bata bata yekəldik Rahim’i yazdıqca xatirələri Bax belə aşmışıq badirələri Yallı diyə tuttuğumuz əlləri Boynumuza ata ata yekəldik (Qol boyun olmaq) rahim’i |
Yüreğine emeğine sağlık
_______________________________________Selamlar