5
Yorum
16
Beğeni
5,0
Puan
503
Okunma

QARABAĞA AZADLİQ
Könlümdə baxçadı,gözlərimdə yaş
Ürəyimdə əsən yeldi Qarabağ
Qızları bacıdır oğlanı qardaş
Saçımda ağaran teldi Qarabağ
Sönməyən ateşdi, dinməyən kədər
Yetər artıq Zulüm,olmaz bu qədər
Sanma belə gəlib belədə gedər
Daşmağa üz tutan seldi Qarabağ
Ürəkdə yangındı dildə bir kəlam
Kimsədə qalmayıb göndərəm səlam
Qapılar bağlıdı hansını çalam
İndi gözlərimdə çöldü Qarabağ
Ana’da ağlardı,balada ağlar
Otuz ildir buna şahiddir dağlar
Sular axır amma bayatı çağlar
Kəfənsiz yatanı boldu Qarabağ
Eyy rahimi yazma belə sözləri
Baxıb ağlamasın yarin gözləri
Atamın Şuşada qalan izləri
Gözümü diktiğim yoldu Qarabağ
rahim’i
ŞÜKÜRLER OLSUN Kİ
ARTIK İŞKÂLDEN KURTULDU
5.0
100% (8)