Sabatlo’da bir başqa doğar vətənimin günəşi, Aydınlıq Tiflis"dən qucaqlayar məmləkəti. Saburtalo-ortacelede ya Meydanda Paytaxtın boynuna Kür kimi altunsaç olmuşam, Mən canavarlar ölkəsində doğulmuşam, Düşmənlərə mən Cavaxetyada rabatam,
Axısqada sürgünəm,biz unutmadıq olanları Abxazyada, Asetyada anaların göz yaşıyam, Gün olacaq mən geri qayıdacam, Suxumidə sabahlayacam, Tsxinvalidə süfrə açacam.
Goride ən ləzzətli alma,Kaxetidə üzüm bağları, Gürcü sucuğu və mən Qafqaz dağlarında qartalam. Pərvanədə sudan duruyam,şahidim sarvan dağları, Borjomi,Bakuriani,Gudauri vətənimin yaraşığı
Borçalıda zəhmətkeşlərin alın təriyəm, Faxralıda elində qurutlu yarpaq xəngəli, Bəzən əriştəli isti,bəzən dağlarda quzu ətiyəm, Gah yaylaqda gah aranda,Tərəkəməyəm.
Başkeçidin,seyrinə doyumsuz mənzərəsiyəm Alazani və kür çayının biriləşdiyi Jvari"yəm. Kosalar elində xalça toxuyar bacım,anam, Suramidə nazuki,Candarda təndir çörəyiyəm. Bəzən kilsənin zengi Mescidin əzan səsiyəm
Mən Hubeyş Tiflisi"nin ölməz ruhuyam, Sənətin işığında Mirzaanidə Pirosman"am, Picasso’nun en sevdiyi rəssam,o mənəm, Sarvan"da isə Rizvan İsmail rənkləriyəm,
Batumidə dənizciyəm,Lagodexide bir çoban. Pankisidə cəsarətəm,Raca da madənciyəm. Bəzən panduri,bəzən də saz teliyəm, Mən irqlərə bölünməz azad incəsənətəm.
Mən üzərinə pələng dərisini geyinmiş Şota Rustaveli, Mən knyaz ailəsində doğulmuş şair Akaki Sereteli, Mən dünyaya səsi ilə ad salan Rəşid Behbudov, Biraz da Abdulla Şaiq"əm.
Mən bütün fərqlilikləri ilə bu doğma Vətənəm. Bu vetenin dönmeyen ateşiyem közüyem Yenə təkrar edirəm mən bu torpağın özüyəm.
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Vətən şeiri (Borçalı Türkçesi) şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Vətən şeiri (Borçalı Türkçesi) şiirine yorum yapabilmek için üye olmalısınız.
Yüreğine emeğine sağlık
______________________________________Selamlar