0
Yorum
3
Beğeni
5,0
Puan
729
Okunma
Yenə yağış yağır...
Tıp...tıp...tıp...tıppp...
Budur damcıların ürək səsləri.
Tuturam nəbzimi...
Bənzəri var mı?
Başından sayaydım gərək səsləri.
Tökür saçlarını omuzlarıma,
Sıxır gözlərini...
Aman,ağlayır..!
Qəlbini qırdığım o qadın kimi
Bu yağış kövrəlib yaman ağlayır.
Çiləyir bağrıma sərinliyini
Mirvari damcılar,yumru damcılar-
Yatıb sığalına ovuclarımın
İçində dən yeyən qumru damcılar.
Orda,pəncərəmdə uca bir qovaq...
Yamyaşıl xirqədi atan üstünə.
Sanki bir tablodur usta yapılmış,
Tüstü rəngindəki kətan üstünə.
Tənha donub durub,
Daş heykəl kimi.
Ucundan yel əsmir yağış döyməyə.
Sadəcə,son bahar nəfəsi orda,
Yapraqlar üstünə naxış döyməyə...
Sanki,dəyirmanın suyu sovrulub...
Boşalır sahili,dəniz tək qalır.
Qaçır arıları,yağışdan qaçır,
Bir ağac koğuşu,bir pətək qalır.
Bitir əyləncələr,bitir tətillər,
Dönür yuvasına gedənlər daha.
Kimsə olmayacaq çətir tutası,
Daha olmayacaq nədənlər,daha...
Çox gözəl olacaq hər şey,çox gözəl...
Yenə yağış yağır...
Beşulduz yağır.
Buz kimi saxlayaq ürəyimizi,
Xəstə umudlara soyuq buz yağır...
Tıp...tıp...tıp...tıppp...
*
5.0
100% (2)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.