O QAPINI AÇMA...
O QAPINI AÇMA...
*** Nə pis gəlir,yaman gəlir il ildən, Qısır qalır nar ağacı görürəm. Bu da mənə anlamağın xeyri, Yuxumda da dar ağacı görürəm. * Qisasımı qiyamətə saxladım... Qara günün ağ tərəfi nerde eyyy... Tapammıram dirəməyə arxamı, Dirəyəsi dağ tərəfi nerde eyyy... * Yum gözünü,aç gözünü...Sonra da Təəssüf et almadığın istəyə. Tanrı belə məhəl qoymur,əzizim, Büdcəsinə salmadığın istəyə. * Kefinə bax,həyat böylə...Ya gəldi, Ya gəlmədi,Tanrıya da vız gəlir. Şükr eləsən görərsən ki,yataqda Əlli ilin qarısı da qız gəlir. * O il gedir,bu il gəlir...Pis gəlir, Qısır qalır nar ağacı,söyləmə! Qatığı ağ anlamısan?Anlama! Yaxındadı dar ağacı,söyləmə! * Ay allahın mən adamı,şükr elə, Gözlərini verdiyi o küt tutar. Bu dünyada bir qapı var,kağızdan... O qapını açma,səni it tutar! ... Və söyləmə,nə pis gəlir il ildən...! *** pis- kötü il - yıl istəyə (istək) - arzuya küt - köpek yemi it tutar - it kapar |
Qelemin heç susmasın
___________________________Salamlar