0
Yorum
4
Beğeni
5,0
Puan
642
Okunma
Adam var ya,adam!
Adam Günəşi sevər
baharda buldların
inadına doğurkən,
bal arıları sümürən
albalı çiçəklərini sevər,
sevər qızılgülü
ölümünə qoxuyan,
bir bardaq tünd çayda
tamını sevər.
Adam qadınını sevər-
yalnız gecələrin yaraşığını...
Mən də səni sevdim,
sən adamı sevdim!
Tut ağacından
tənək toplayardın,
həya geymişdin
pambıq əyninə,
günün çarpdığı yerləri
tamam qapayaraq,
amma,sevməyə açıq...
Mən də səni sevdim,
sən adamı sevdim!
Xatırlarmısan?!
Öylə sevdim ki...
Acıxmışkən yağda bişmiş
yumurtanı necə sevərsən,
yaxud soyuqdan donmuş
ayaqların sıcaq suyu
necə sevər
əsgərdən xatirə
mazollu barmaqlarıyla...
Öyləcə sevdim səni!
Bir aslan pusduğunu,
bir kedi yavrusunu,
topraq yağmuru
sevdiyi kimi sevdim
səni!
Ürəyin çırpırkən
ölüm gələn yerlərdən
iki əlinlə tutarsan
və titrəyən barmaqlarınla...
Barmaqlarında sevərsən
Həyatı,
eynən on beş yaşında
qız çocuğunun barmaqları
misalı.
Onu sevərsən!
Mən də sevdim,
onu sevdiyim kmi sevdim,
səni sevdim!
Xatırlarmısan?!
Bir yaz gecəsi saçlarını
əlimə dolayıb
qaldırmışdım səni,
Ay işığına tutmuşdum
düşlərini...
Öylə parlardılar ki!
Yonca çiçəyi qoxuyurdun,
əndamında bir
gülüstan varıydı.
Güz yağmuruyudum
çiskin,
buludu günəşdən qorxmuş,
fürsət bulurkən
düşlərinə yağan,
bir ayağı əlvidada.
Heç yağdım mı,
Xatırlarmısan?
Bir çiçək kimiydin
o zaman,
mənsə bir kələbək...
Nə çabuk öldüm,
Xatırlarmısan?!
Həəə,bir də xəzan varıydı,
iki qovaq yapraqlarında
həzin həzin saralıb keçən,
və rüzgar varıydı
küsgün,incik-
Son doğum gününü
qutlayanlarçın...
Xatırlarmısan?!!!
*
5.0
100% (3)