Alimləriniz
Bu nə sevda? Sizi etmiş dəli alimlərivüz,
Oxu bir gör nə edir zirvəli alimlərivüz. Qadının fərcinə yox, əks təmas hökmünə bax! Haramı eylədi məkruh vəli alimlərivüz. Qoydu məkruh önünə şiddəti alimlərivüz, Məni güldürdü sizin gülməli alimlərivüz. Qadının tarlaya bənzətmə olan ayəsi var,* Bunu bilmir başıəmmaməli alimlərivüz? Hələ Allah buyuran yerdən olun ayəsi* bəs? Sizə heç gəlmədimi şübhəli alimlərivüz? Utanın zərrə qədər varsa həya sizdə əgər, Hər sözün həm sonu həm əvvəli alimlərivüz. Belə çirkab sizə xoşdursa əgər siz boğulun, Qoymaram məhv edə müstəqbəli alimlərivüz. Müəllif: Anar Əhəd * Bəqərə surəsi 222, 223 ayələri |
Güzellikler anlatan sevginiz ve dik duran kaleminiz susmasın...
KURBAN BAYRAMINIZ KUTLU OLSUN…(Bayramın 4. günü 24.08.2018)
............................................ Saygı ve selamlar..