Molla
Təlqin* elə insanlara əfsanəni molla!
Allah evi görsət bizə bütxanəni molla! Bədbəxtləri Allah kitabından elə məhrum, Sox zehninə, həm qəlbinə fərzanəni* molla! Məscidləri gəzdim ki, duyum ayeyi – Quran, Əfsanələrin məhv edib hər xanəni molla! Haqdan qaçan insanları məsciddə görüncən, Cəlb eyliyərəm haqq ilə meyxanəni molla! Məzlumlara yoxsulluğa səbr etməyi öyrət, Tikdir özünə şah kimi kaşanəni* molla! Əfsus ki, Allahın evindən bir əsər yox, Gəl tə’rif edir qoyduğu viranəni molla. Haqsızlıq üzündən Anarın sinəsi coşmuş, Car eyliyəcəm hər yediyin nanəni molla! Müəllif: Anar Əhəd * Təlqin – Hər hansısa bir fikiri, əqidəni insana hissi qəbul etdirmək üçün psixikasına təsir etmək, beyninə yeritmək. * Fərzanə - Alim. * Kaşanə - Saray, imarət. |