Ressam-şair
Çəkə bilərsənmi mənə bir rəsm?
Yaza bilərsənmi mənə bir şer? Elə çək görünsün özümə əksim, Elə yaz sözlərin içimi desin. Çək ki mən baxdıqca özümü görüm, Üzümdən, gözümdən darıxmaq yağsın. Yaz ki oxuduqca keçmişim bir-bir, Yazdığın şerdən süzülüb axsın. Çəksən dərdlərimi, elə çək ki sən, Allahın ruhumu çəkdiyi kimi. Bəs şair sən yazıq hardan biləsən? Mənim ömür boyu çəkdiklərimi? Eybiyox, sevdiyim qıza yaz birin, Atama, anama dostlarıma yaz. Gördün ki danışmır, susub qələmin, Dizimə sarılan qollarıma yaz...! Rəssam, fırçaları saxla əlində, Dəli tək fırçala çək bu dəlini. Əli dizindədir ən son şəkildə, Şairin dizindən götür əlini. Götür ki, qələmi əlinə alsın, Rəssam fırçasıdır şair dodağı. Dünyanın qəhrini içinə çəkib, Şair istəməzdi rəssam olmağı. |