AH...AYAKLARIM
*<>*
Ah,yazıq ayaqlarım, yordum sizi, zülm etdim canınıza, qırx üç geyərdiniz, mən qırx ikiyə soxdum barmaqlarınızi, nə var,nə var qırx üç geyənlər tez ölürmüşlər... İranı viran olsun qaloş buraxan yerdə, biradamlıq kamera kimi sixır yanlardan böyürlərinizi... Heç mindirməzdim sizi avtobuslara, çünki bəxtinizə həp dik dayanmar düşərdi, və küstah birisinin dabanlarına dayaq durmaq... kimsə qalxıb yer vermədi sizə, qarayanız kəkilli oğlandan başqa, o da bircə dəfə oldu... Nə yaxşı ki,daşıdığınız başın bəyazı qarasından çoxuymuş... Əff edın, boyunuza yetlik yorğanım olmadı, boyumu böyüdən illər yorğanımı böyütmədi, yazıq anam ölənəcən deyə deyə qaldı... Yovşan qoxuyan çığırlarla hələ qoşmağımız var, sizinlə, köbərin soyuq sularına sallanıb yazın sıcağına inad pambıq cülkülərin nəmliyinə sarılmaq... və geriyə dönən yolların acılarını xatırlamaq, axşamın şərində özləmlərini darvaza qapısına qədər götürmüş "şükür döndün"-deyəcək birisi varıysa... və sənin qadınınsa... sizinlə yolları yürüməyə dəyərmiş! Haqqınızı həlal edin! *** |