İZDİRAP*** Bir gün iztirabsız yaşamaq olmur Hər gün darvazandan baxır iztirab. Sən korsan elə bil həyat yol kimi, Hər çala iztirab,çuxur iztirab. * Doqquz ay iztirab yaşatdın,məgər Sən doğdun,varlığın sənə iztirab. Ən gözəl anların məhəbbətinlə, Yenə qüssə,kədər yenə iztirab. * Alnında puçurlar-iztirabların, Bəzən unudursan həqiqətləri. Həqiqət tərləyir yanaqlarında, Əsl insan təri-həqiqət təri. * İlk rəngi süzməsən çay köpüklənər, Rəng rəngə düşmənsə,bu iztirabdır. İsraf elədinsə ləzzət aldığın Yemək iztirabdır,su iztirbdır. * Gah olur qədərin qəzaya düşür, Çatılır alnında düz qırışların. Dilinin ucunda ilana dönən İztirab ufultun,üz qırışların. * Daha çok bədbəxtsən,xöşbəxt deyilsən, Sən yalnız xoş baxtı bulanda osan. Dağın təpəsində,suyun dibində Ruhun təmiz vaxtı bulanda osan. * ...Bədbəxtlik iztirab,xoşbəxtlik hüzur, Könlün firavandı hüzur yerində. Hüzur bitən kimi iztirbların Qara yelkən açıb üzür yerində. * İztirab ölümün ağzında şəkər, İztirab tapdanmış lək çiçəkləri. Ayrılıb ruhundan Tanrıya qaçan Kədər huriləri,qəm mələkləri. *** |
Kalemin daim olsun
_______________________________Selamlar