Yer üzündə
Hər şey yaradıb Xaliqi – Sübhan yer üzündə,
Bilməz çox heyif qədrini insan yer üzündə. İblis eliyir vəsvəsə insan yolun azır, Yoldan çıxarır bəndəni şeytan yer üzündə. Düş yer üzünə bir – birinə düşmən olun siz, Durmaz həmən andan bu ana qan yer üzündə. Yarın bizə vermiş sözü var, vədi tamamlar, Bir gün sürərik sülh ilə dövran yer üzündə. Virus yayılıb aləmə, aləm qarışıbdır, Yəqin çıxarıblar yeni dərman yer üzündə. Hərdən gedirəm sahilə mən, ərz eliyim qəm, Boğsun deyə zalımları ümman yer üzündə. Bitməz Anarın bir neçə misrada bu dərdi, Yazdım yazacam bir ola imkan yer üzündə. Müəllif: Anar Əhəd |