EL ÖPEN BAŞLARI VURULAN GÖRDÜM
ƏL ÖPƏN BAŞLARI VURULAN GÖRDÜM
Baş əyib kimsənin əlini öpmə, Əl öpən başları vurulan gördüm. Təkcə baş deyil ki, bel də əyilir, Bükülən belləri qırılan gördüm. Əl öpən nakəslər mərd ola bilməz, Namərdin qurduğu, yurd ola bilməz, Ovçu köpəyindən qurd ola bilməz, Qorxağın bağrını yarılan gördüm. Millətə ləkədir əl öpdürənlər, Canına, qanına lil hopduranlar, Siz ey insanları qul yapdıranlar, Tökülən qanları durulan gördüm. Coculu der:- gəl baş əymə zalıma, Əl öpməklə tabe olma zülümə, Zaman - zaman yollar gedir ölümə, Ölən baxışları dirilən gördüm. |
Kalemin susmasın
________________________________Selamlar