BATI UYANIR
BATI OYANIR
Bir hava çalınır Qara Zurnada, Insanın ruhunun qatı oyanır. Yanıqlı naləsi oyatmır bizi, Sehirli səsinə Batı oyanır. Zurna haray çəkir, yandırır, yaxır, Millətim hələ də göylərə baxır, Doğunun bu günü qəflətdə yatır, Batının keçmişi, zatı oyanır. Ay aman, zurna da oyatmır bizi, Bu xalqın yuxudan ayılmır gözü, Coculu, min ildir yatırıq, düzü Batı məğlub olur, matı oyanır. |