Milletin Ayağa Duran Vaktıdır
MİLLƏTİN AYAĞA DURAN VAXDIDIR
Ey ulu Türk xalqım!- verib əl-ələ, Millətin ayağa duran vaxdıdır. Qolları zəncirdən azad eyləyib, Zərbəni hədəfə vuran vaxdıdır. Millətin ayağa duran vaxdıdır. Despotun kəndiri kəsilməlidir. Millət öz ipindən asılmalıdır, Xainlər, iblislər basılmalıdır, Şeytanın qıçını qıran vaxdıdır. Millətin ayağa duran vaxdıdır. Düşmənə fürsəti verməmək gərək. Dostu çox incidib , yormamaq gərək. Məzlumun üstünə varmamaq gərək, Zalımdan hesabat soran vaxdıdır. Millətin ayağa duran vaxdıdır. Birləşə bilək ki, gücümüz olsun, Ocaq qalamağa sacımız olsun. Başımız üstündə tacımız olsun. Zəmanə dəyişib, ərən vaxdıdır. Millətin ayağa duran vaxdıdır. Millət öz halına ağlaya bilsin, Qan verən yarasın bağlaya bilsin, Terrorun canını dağlaya bilsin. Nə ərəb nə də ki, iran vaxdıdır. Millətin ayağa duran vaxdıdır. Oğuzdan törədik, soyumuz bəlli, Doğudan Batıya boyumuz bəlli, Üç yüz qırx milyonluq sayımız bəlli. Coculu, vaxt çatıb Turan vaxdıdır!.. Millətin ayağa duran vaxdıdır. |
Hepimiz ermeniyiz diyenleri çıkmalı
Türk’üm demeyip Türkiyeliyim diyenleri ve arkasından gidenleri çıkmalı.
Tebrikler.