BƏNÖVŞƏ(MƏNƏKŞƏ)
Sən gözəlsən yüz çiçəyin yanında,
Bir məsumluq,lətafət var canında. İlahidən bu libasın,donun da Bir nöqsansız tikilibdi,bənövşə, Boynun nədən bükülübdü,bənövşə?! Bu gözəllik səninlədir binədən, Ətrin gəlir neçə dağdan,dərədən. Heç bilmədim nə səbəbə,bəs nədən Kol dibində əkilibdi bənövşə? Boynun nədən bükülübdü,bənövşə?! İncəliyin valeh edib bil məni, Zərafətin bəzəyibdi çəməni. Səni belə məlul-müşkül görəni Yuxum ərşə çəkilibdi,bənövşə, Boynun nədən bükülübdü,bənövşə?! Neçə tənə sən görəndə naşıdan Dayanmayıb gözlərimin yaşı da. Fədakarın ürəyinin başı da Səni görüb sökülübdü,bənövşə, Boynun nədən bükülübdü,bənövşə?! |