YETİRDİN(qəzəl)
Ya rəb,yenə sən könlümü dildarə yetirdin,
Sandım elə bil cismimi gülzarə yetirdin. Açdım sənə mən sirrimi sənlə bir olanda, Bildin halımın çarəsini,çarə yetirdin. Sandım görərəm yarımı bir gizli məqamda, Heç bilmədim hardan onu aşkarə yetirdin. Gördüm onu mən ,çıxdı canımdan bütün ağrı, Əhsən,onu sən mən kimi bimarə yetirdin. Şıltaqlıq edib getdi gözümdən yenə yarım, Çaşdım,elə bildim onu əğyarə yetirdin. Çatdı vüsala,indi Fədakar sənə qurban, Ölsəm də qəmim yox,məni ol yarə yetirdin. |
harıka şiir di saygılarımla selamlar