Bir pəri...(qəzəl)
Bir pəri könlüm evin eylədi al qan,getdi,
Bədənimdən elə bil ruhum uçub,can getdi. İstədim getmə deyim,yandı dəhanım,ya Rəbb, Qurudu dil-dodağım,vermədi imkan getdi. Oldu könlüm yenə viranə onun hicrindən, Dərdimin çarəsi,həm könlümə loğman getdi. Özüm öz dərdlərimə çarə bilirdim onu mən, Olmadı dərdlərimə bir dəfə dərman,getdi. Mən sığınmışdım onun lütvünə bir tifl kimi, O isə yazdı mənim qətlimə fərman,getdi. Ona çox söylədilər,gəl bu xətadan əl çək, Yenə də etdiyini bilmədi nöqsan,getdi. Qoy desinlər,nə olar,sevgidə can qoydu Fəda, Gəldi nalan cahana,sonda da nalan getdi. |
DÜNYANIN DƏRD-SƏRİNİ ÖZ ÇİYNİNƏ ALDI KÖNÜL
QƏLƏMINİZ VAR OLSUN FƏDAKAR MÜƏLLİM.
SEMA DAAĞLI tarafından 1/27/2015 12:37:55 PM zamanında düzenlenmiştir.