LAP YAZIĞIM GELİR O ŞAİRLERE
LAP YAZIĞIM GƏLİR O ŞAİRLƏRƏ
Lap yazığım gəlir o şairlərə Ədalət yerdəykən, göydə axtarır. Idrakla dərk edə bilməyib sirri, Sufiyə yük olan boyda axtarır. Nəqşibənd əhliylə hallana bilir, Gözləri göylərə zillənə bilir, Eşqin atəşini kullana bilir, Sirri meyxanədə-meydə axtarır. Söykənib gumana, zəndə inanır, Tutub siyasəti, fəndə inanır, Bir mücərrəd qıfıl bəndə inanır, Ilham pərisini meydə axrarır. Varlığı mümkün olanlar sayır, Mövcudla vəhdəti yalanlar sayır, Çevrilə biləni ölənlər sayır, Özünə xas olan qayda axtarır. |
MUBAREK MEVLİD KANDİLİ (02.01.2015) HATIRINA
MEVLİT YAZARI SÜLEYMAN ÇELEBİ ve
SARIKAMIŞ ŞEHİTLERİ ANISINA
BÜTÜN ŞİİRLERİNİZİN DUA YERİNE GEÇMESİ DİLEKLERİMLE
----------------------------SAYGI VE SELAMLARIMLA...