MÜHARİBƏ OLMASIN
Müharibə olmasın.
Millətlər arasında qurulmasın bir də cəng, Acizə öz hökmünü diktə etməsin nəhəng, Mərd oğullar əlində görünməsin top-tüfəng, Anaların gözləri bir də yolda qalmasın, Müharibə olmasın! Yaddaşlardan silinsin müharibə kəlməsi, Qəlbimizi çulğasın tikib-qurmaq həvəsi, Tutsun eli, obanı şənlik, büsat nəğməsi, Qız-gəlinin gözləri daha yaşla dolmasın, Müharibə olmasın! Bəzəməsin qərənfil şəhidlərin qəbrini, Tale, çəkmə sınağa millətimin səbrini. İnsanlar sülh içində vursun başa ömrünü, Cavanların arzusu ürəyində donmasın, Müharibə olmasın! Barıt iyi gəlməsin vətənin havasından, Bir canlı da düşməsin aralı yuvasından, Ana qəlbi qalmasın intizar balasından, Bircə nəfər körpə də-”ata!”-deyib yanmasın, Müharibə olmasın! Göz tikməsin yağılar ölkəmizin varına, Qara bulud gəlməsin yurdun səmalarına. Şübhə etməsin heç kim türkün etibarına, Düşmənimiz qələbə xəyalına dalmasın, Müharibə olmasın! |
Canlı
Ve mert,
Dik duran duyguları kutlarım.
-------------------Selamlar...