Kimə deyim dərdimi tənha qalıb ürəyim
Kimə deyim dərdimi tənha qalıb ürəyim
Nə etdimki bilmirəm demə günah məndədir Məndə deyil bəlkədə,ey insalar sizdədir Dörd tərəfim qaranliq,həyat zulmət gecədir Kimə deyim dərdimi,tənha qalıb ürəyim Açılmayır yollarım,baharım qısa dönür Qorxuram ki,qışımda baharım kimi sönür Yoxdur daha güvəncim,körpə böyükdə görür Kimə deyim dərdimi,tənha qalib ürəyim Göz yasımı silirəm gülə- gülə ölürəm Çarəsizlər içində,xosbəxtliyi bölürəm Keçmisimə döndükcə gələcəyi silirəm Kimə deyim dərdimi,tənha qalıb ürəyim Külək əsir bayırda,Evdə məni titrədir Ağacdan yarpaq düşür,əcəl məni tərpədir Atdiğım adımlarım arxaya doğru gedir Kimə deyim dərdimi,tənha qalıb ürəyim Doyunca sevinmədim gülmek nədir bilmədim Rol oynadım hər kəsə acımı bildirmədim Dəniz coşdu bir anlıq,yer üzünü silmədi Kimə deyim dərdimi,tənha qalıb ürəyim Xəyalə Dəniz |
Kutluyorum...
Ama ben Hayale kızımın bu şiirdeki gibi dertli olmamasını diliyorum.