1
Yorum
0
Beğeni
5,0
Puan
1030
Okunma
Doguldum
Yağışlı bir payız günüydü o gün,
Suların sehrinə düşüb duruldum.
Anamın laylası oyatdı məni,
O gün mən ağlaya,gülə doğuıdum.
Başıma dolandı babam və nənəm,
Sandılar həm aya həm günə tənəm.
Onların ilk nəvə Arzusu mənəm,
Sevincdən bir şirin dilə doğuldum.
Ayımdan,ilimdən günlərə böldüm
Qayğısız yaşadım danışıb güldüm.
Bir payız günündə dünyaya gəldim,
Dumandan,çiskindən selə doğuldum.
Nigar Məhərrəmli 06.10.2013.
5.0
100% (1)