Unut məni
Unut məni....
Sazaqlar ruhumu, üşüdür yaman, Buz tutub yolları,ötməyir zaman. Fikrimə çökdürüb həsrətin duman, Unut ,qurban olum gəl unut məni. Hər an yadımdadır fikrin xəyalın, Mənə aman vermir dərdin məlalın. Məndən əl üzməyir sənin bu halın, Unut, qurban olum gəl unut məni. Get məndən uzağa,get uzaqlara, Eşqini bəyan et mənsiz çağlara. Daha qonaq gəlmə bizim dağlara, Unut, qurban olum gəl unut məni. Qoy tənha dolanım öz bədənimdə, Nigaran meh kimi,nakam ruh kimi. Düşür nəzərini,köç gözlərimdən, Unut ,qurban olum gəl unut məni. Nigar Məhərrəmli.03.01.2014. |