Bu gecə boş otaq məni gözləyir
Bu gecə boş otaq məni gözləyir...
Söndürüb işığı,xəyala daldım, Niyə kədər daim məni izləyir. Salıb itirdiyin yaylıq əlimdə, Bu gecə boş otaq məni gözləyir... Nə ürək istəyir,nə göz darıxır, Pəncərə önündə ay da karıxır, Mənə ümid verən ümid duruxur Bu gecə boş otaq məni gözləyir... Divarlar soyuqdur gələn qış kimi, Vücudum uşüyür,dərdə tuş kimi. Vahimələr udur məni ,nuş kimi, Bu gecə boş otaq məni gözləyir... Gəlirəm qoynuna,gəlirəm,gecə, Adlayıb,sürünüb,çaşıb beləcə. Bu günü mən başa vurum eləcə, Bu gecə boş otaq məni gözləyir... Nigar Məhərrəmli |