Niyə
?????????????????
Niyə gileylisən? Nədir bu qüssə? Artır üzündəki qırışlar yenə... Kimi axtarırsan? Kimdir müqəssir? Hansı nadan səni uğradıb qəmə... Susma... Danış mənə. Ötən keçəni. Mən də zərrə-zərrə anlayım səni... Nə yaman uzağa baxır,gözlərin? Niyə qocalıbdır sənin əllərin? Bəs niyə taqətdən düşüb dizlərin? Bu gün yoracağam... Çox sual verib Cavablarını... Almaq üçün hey... Üzəcəm səni... Sən bir ümmansan. Sənə baş vurub... Sənin qoynundan... Sirləri bir-bir üzə çıxarıb Gəzəcəm səni... Nigar Məhərrəmli..........8 sentyabr. 2013-cü il.... |