BORÇALININ DERDİ
BORÇALININ DƏRDİ
Borçalıdan köç eyləyir xalqımız, Köç qayıtmır, ancaq yeri boş qalır. Alaq basır cığırları, yolları, Hasarlardan səpələnmiş daş qalır. Yurd yerində dolaşan bir, ruh olur, Yerdən göyə, ərşə qalxan ah olur, Kim deyir ki, qara yellər meh olur, Eyvanlarda, yuva salan quş qalır. Hər tarixdən, bir zərurət doğulur, Milli azlıq yerindəcə boğulur, Zaman-zaman el-obalar dağılır. Yaxasında çözülməyən iş qalır. Borçalının özü boyda dərdi var, Intizarda qan ağlayan yurdu var, Tükənməyən savaşlaın ardı var, Insan oğlu baş açmayır, çaş qalır. Ay Coculu, düzü əyri yozmayaq, Dolanbaclı yöntəmlərdə azmayaq, Tarixlərə şərəfsiz ad yazmayaq, Gücsüzlərin arxasında, leş qalır. |
Borçalıdan köç eyləyir xalqımız,
Köç qayıtmır, ancaq yeri boş qalır.
Alaq basır cığırları, yolları,
Hasarlardan səpələnmiş daş qalır.
Yurd yerində dolaşan bir, ruh olur,
Yerdən göyə, ərşə qalxan ah olur,
Kim deyir ki, qara yellər meh olur,
Eyvanlarda, yuva salan quş qalır.
Hər tarixdən, bir zərurət doğulur,
Milli azlıq yerindəcə boğulur,
Zaman-zaman el-obalar dağılır.
Yaxasında çözülməyən iş qalır.
Borçalının özü boyda dərdi var,
Intizarda qan ağlayan yurdu var,
Tükənməyən savaşlaın ardı var,
Insan oğlu baş açmayır, çaş qalır.
Ay Coculu, düzü əyri yozmayaq,
Dolanbaclı yöntəmlərdə azmayaq,
Tarixlərə şərəfsiz ad yazmayaq,
Gücsüzlərin arxasında, leş qalır.
Mükemmeldi alkışlıyorum kalemi yüreği saygıyla selamlıyorum.................