DERT ÜSTÜNDE DERT OLUR
DƏRD ÜSTÜNDƏ DƏRD OLUR
Mən çəkdikcə bu mlilətin dərdini, Azalmır ki, dərd üstündə dərd olur. Biz çəkəni dəvə, fil də çəkənməz, Dərd çəkənlər üç-beş dənə fərd olur. Qoç igidlər arxamızada durmasa, Qərəmanlar canlarını verməsə, Elin gözü həqiqəti görməsə, Namərd dönüb el gözündə mərd olur. Aramızda ara qatan çoxalır, Mürgüləyib rahat yatan çoxalır, Bir loxmaya xalqı satan çoxalır, Dövran bizi qabaqlayıb sərt olur. Tərlan yoxsa, Sar oylağa çıxırsa, Qurdlar bizi hər tərəfdən sıxırsa, Tanrı dönüb bizə qara baxırsa, Köpəklər də quduzlaşıb qurd olur. BMT-nin qərarları boş imiş, Həm ATƏT-ə, erməniyə xoş imiş, Hər qərarın dalındakı quş imiş, Bizə qalan yaralanmış yurd olur |
_________________hormetler