Sənsiz yaşayıb gördüm ki...
Bağrıma dağ çəkən gündən,
Zirvədə çəni sevmirəm. Əvvəl tək səni sevirdim, İndi bir səni sevmirəm. Nə bu əl səni istəyir, Nə bu dodaq səninkidi. Nə bu yatağın yarısı, Nə bu otaq səninkidi. Bax, o gündən mən dəyişdim, Dəyişdim, and içən gündən. Yolda qalan gözlərini Ayaqlayıb keçən gündən. Bir qızın özün unudub, Dərdin boşamaq olarmış. Sənsiz yaşayıb gördüm ki, Sənsiz yaşamaq olarmış. |