Səni də özümə oxşatdım, qadınSənə unutdurdum qadınlığını, Mən sənə, axı, nə yaşatdım, qadın. Səni də özümə öyrədən gündən Səni də özümə oxşatdım, qadın. Məndən gəlib keçdin ələyin kimi, Kim qaldı, bəs sonra ələyim kimi? Yanında olanda ürəyim kimi Bütün bədənimi boşaltdım, qadın. Gedib gözlərindən itəndə itdim, Gözündə göz yaşı bitəndə bitdim, Bilirsən, mən sənə yetəndə yetdim, Yetə bilməyəndə daş atdım, qadın. |
yüreğinize kaleminize sağlık hocam