DAĞLARIN
DAĞLARIN
Köç yolundan, köç eylıyib yaylağa, El çıxardı, əlacı nə dağların? Çubuqdan, keçədən dəyə qurulub, Düzülərdi yamacına dağların. Çəyirkələr dağlara səs salardı, Gecələri həzin layla çalardı, Sevənlər əhdinə sadiq qalardı, Könül verib turacına dağların. Gəlinləri ağ örpəkli, dingəli, Yayardılar, kəsərdilər xəngəli, Çox olsada əziyyəti, əngəli, Həsrət qaldıq umacına dağların. Çiyələyi, moruğu da qan verir, Saf suyu, havası ruha can verir, Hər gülü, çiçəyi bir dərman verir, Möhtac olduq ilacına dağların. Şər qüvvələr aramızı kəsibdir, Zirvəsindən qara yellər əsibdir, Dağlar bizdən inciyibdir, küsübdür, Ay Coculu amacı nə dağların? |
tebrik eder saygılar sunarım
hoşcakal dostum...