Anacan
Anacan göz yaşın silə bilmirəm,
Mən sənə təsəlli verə bilmirəm, Axı nə edim de mən çatım sənə, Ağrıyı , acıyı sən çəkmə deyə. Əlimdən gəlmirki, ruh verim sənə, O yorğun bədənə can verim yenə, Xoşbəxtlik nədirsə yaşadım sənə Gözündə bir damla görməyim deyə. Sən fikir eyləmə hər şey düzələr, Yanımda mənə sən dəstək ol yetər. Bugün sən olmasan burda olmazdım, İndi mən həyatda dimdik durmazdım. Qəlbimin sözü çox mürəkkəb bitir , Ürəkdən gələn çox misrayla bitmir. Hər zaman minnətdar balan var sənə, Borcuysa ödənməz boş bir şeirlə. Haqqını halal et sən indidən mənə Dünya bu işini heç bilmək olmur Zaman bu durdursan inanki durmur İnsan bu sabahı məchul bir sondur. Müəllif: Nərmin Halil |
çokk güzeldi vallahi
ikinci kez bile okurum billahi